Bank Of Baku

«Türk Hava Yolları» İstanbuldan Azərbaycan şəhərlərinə biletləri ucuzlaşdırıb

«Türk Hava Yolları» İstanbuldan Azərbaycan şəhərlərinə biletləri ucuzlaşdırıb
# 13 sentyabr 2013 11:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Türk Hava Yolları» (THY) aviaşirkəti İstanbuldan Bakı, Gəncə və Naxçıvan şəhərlərinə aviabiletlərin qiymətlərini endirib. «APA-Economics»in məlumatına görə, şirkət Gəncə və Naxçıvana gediş-gəliş üçün biletin iymətini 99 avro, Bakıya isə 179 avroya salıb.

 

Qeyd edək ki, endirim xüsusi kampaniya çərçivəsində aparılır. Kampaniya daxilində uçuşlar 2013-cü il noyabrın 1-dən 2014-cü il fevralın 13-dək planlaşdırılmalıdır.

 

THY şirkəti endirim fürsətini Azərbaycan şəhərləri ilə yanaşı, Kiyev, Odessa, Donetsk, Dnepropetrovsk, Lvov və Simferopol, Buxarest, Sofiya, Belqrad, Zaqreb, Tirana, Priştina, Podqoritsa, Lyublyana, Sarayevo, Kişinyov, Tiflis və Batumiyə də şamil edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR