“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin “Azdövlətsulayihə” İnstitutunun baş mühəndisi Yusif Qazıyev vəfat edib.
“APA-Economics” xəbər verir ki, bu, dövlət müəssisəsi tərəfindən rəsmi mətbuatda yayılan elanda deyilir.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin “Azdövlətsulayihə” İnstitutunun rəhbərliyi və kollektivi institutun baş mühəndisi Yusif Qazıyevin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə qurumun elanında qeyd edilib.
Qeyd edək ki, Yusif Qazıyev əməkdar mühəndisdir.