Bank Of Baku

Azərbaycanda elektron ticarətin inkişaf etdirilməsi məqsədilə təkliflər hazırlanıb

 Azərbaycanda elektron ticarətin inkişaf etdirilməsi məqsədilə təkliflər hazırlanıb
# 05 iyul 2013 12:12 (UTC +04:00)

 

 

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, təkliflər paketi hazırda ölkə qanunvericiliyində bu sahədə mövcud olan bəzi çatışmazlıqların aradan qaldırılması məqsədilə hazırlanıb.


Təkliflər paketi «Elektron ticarət haqqında», «Elektron imza və elektron sənəd haqqında», «Fərdi məlumatlar haqqında», «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında», «Dövlət satınalmaları haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunlara, eləcə də Cinayət, Cinayət Prosessual, Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri əhatə edir.

 

Yaxın zamanlarda sözügedən layihə aidiyyəti dövlət orqanlarına təqdim olunacaq. Təkliflərin hazırlanmasında rəylər nəzərə alınıb, bundan sonra da ehtiyac olduğu təqdirdə təkmilləşdirmə aparılacaq.


Qeyd edək ki, sənədlər zərfi eyni zamanda Azərbaycan qanunvericiliyinin Avropa Birliyinin qanunvericiliyinə uyğunlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində də xüsusi əhəmiyyət kəsb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR