Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 46,9 mln. ton yük və 581,7 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 6,9%, sərnişindaşımanın həcmi isə 8,3% artıb.
Sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Avtobusla sərnişindaşımaların həcmi 8,2%, taksi ilə isə 10,1% artıb.
Hesabat dövründə yük dövriyyəsi 6,9%, sərnişin dövriyyəsi isə 9,2% artıb.