"Ötən il "Azercell" Bakı, Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırıb".
"APA-Economics" xəbər verir ki, bunu "Azercell Telekom" MMC-nin 2017-ci il fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev deyib.
V.Mürəsliyevin sözlərinə görə, gücləndirilmiş 3G stansiyalarının sayı 1900-ü ötüb.
"2017-ci ildə "Azercell" abunəçilərinin xidmətində olan ümumi Radio Baza Stansiyalarının sayı 5506-ya bərabər olub. Bunlardan 4957-si 2G və 3G, 549 ədədi isə 4G stansiyaları olub. Şirkətin 4G internet istifadəçilərinin sayı keçən il əvvəlki illərlə müqayisədə 3 dəfə, mobil internetdən istifadə həcmi isə 50% artıb. ", - deyə V.Mürsəliyev vurğulayıb.