"Elektron hökumət" portalında şəxsi kabinet formalaşdırılır

"Elektron hökumət" portalında şəxsi kabinet formalaşdırılır
# 30 iyul 2014 08:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalında şəxsi kabinet formalaşdırılması istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir. MHM-dən “APA-Economics”ə daxil olan məlumata görə, işıq, qaz və su abunəçiləri üzrə məlumat bazaları aidiyyatı Kommunal İdarələrdən alınaraq telefon abunəçiləri üzrə və Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələri üzrə məlumat bazası ilə üzləşdirilib və uyğunluq tapılan abunəçi kodlarına səhər telefon nömrəsi və FİN kod əlavə edilib. Bunun nəticəsində portalda RYTN üzrə yerləşdirilmiş "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” elektron xidməti vasitəsilə vətəndaşlar kommunal kodları daxil etmədən, yalnız telefon nömrəsini daxil etməklə kommunal xidmət borclarını da rahatlıqla ödəyə bilirlər.

Hazırda qurumların informasiya ehtiyatlarının "Elektron hökumət” portalına inteqrasiya edilməsi, müvafiq servislərin hazırlanıb portalda istismara verilməsi ilə bağlı ciddi işlər aparılır. Bu sahədə işlər yekunlaşdıqdan sonra istifadəçilər portalda şəxsi kabinetlərini formalaşdıra biləcəklər və kabinetə daxil olarkən özünə aid bütün məlumatları (şəhər və mobil telefon borcları, kommunal xidmət borcları, yol hərəkət qaydalarının pozulmasına görə cərimələr və cərimə balları, öz adına olan daşınmaz əmlak, şirkət, vergi borcları və s.) asanlıqla əldə edə biləcəklər.

Ümumiyyətlə, "Elektron hökumət” portalı üzərindən qurumlararası informasiya mübadiləsi tam şəkildə təmin olunduqdan sonra vətəndaşlarla dövlət qurumları arasında birbaşa əməkdaşlıq zəifləyəcək, həm də əhaliyə göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi və keyfiyyəti yüksəlmiş olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR