Bakı. Aynur Əliyeva - APA-Economics. “Acer” şirkəti Azərbaycanda müəyyən texniki avadanlıqların yığılması prosesinə başlayacaq.
“APA-Economics”in məlumatına görə, bu haqda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərin görə, şirkət bununla bağlı azərbaycanlı tərəfdaşı ilə müqavilə imzalayacaq.
E. Vəlizadə qeyd edib ki, hazırda istehsalın Azərbaycanda yaradılmasına dair layihələrə baxılır.