Bank Of Baku

Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi avtomobil yolu yenidən qurulur - FOTO

Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi avtomobil yolu yenidən qurulur - <span style="color: red;">FOTO
# 10 iyul 2013 07:23 (UTC +04:00)

Bakı - APA-Economics. Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 26 km-i asfalt-beton, 33 km-i isə çınqıl örtük təşkil edən 3-cü texniki dərəcəli yol uzun müddət istismarda olduğundan, yol geyimində dağılmalar və çökmələr baş verib, yol avadanlıqları, süni qurğular yararsız vəziyyətə düşüb.

 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində Qazax və Ağstafa rayonlarını kənd və yaşayış məntəqələri, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirən 59 km-lik yolun yenidən qurulması, 3 körpünün əsaslı təmiri nəzərdə tutulur.

 

Artıq yol boyu süni qurğuların, torpaq yatağının tikintisi, 20 km-də 2 qat asfalt-beton örtüyünün salınması başa çatdırılıb. Hazırda digər hissələrdə asfalt-beton örtüyünün salınması işləri davam etdirilir. 2011-ci ilin sentyabr ayında başlanılan işlərin 2013-cü ilin sonunda başa çatdırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR