Bank Of Baku

AZAL Rusiyanın daha bir şəhərinə birbaşa aviareys açıb

AZAL Rusiyanın daha bir şəhərinə birbaşa aviareys açıb
# 21 iyun 2013 12:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Yekaterinburq-Bakı marşrutu ilə birbaşa uçuşlara başlayıb. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

 

Hava limanından verilən məlumata görə, Bakıdan uçuşlar «Airbus A-319» və «Airbus A-320» təyyarələri ilə həftədə iki dəfə – IV və VII günlər müvafiq olaraq saat 15:25-də və 20:00-də yerinə yetiriləcək. Əks istiqamətdə isə uçuşlar yerli vaxtla saat 19:25-də və 00:00-da həyata keçirilir.

 

Qeyd edək ki, bundan öncə Yekaterinburq-Bakı-Yekaterinburq aviareysi üzrə uçuşları həftənin IV günləri Rusiyanın «Ural Airlines» şirkəti də yerinə yetirirdi. Lakin aviaşirkət uçuşlarını qış mövsümünədək dayandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR