Bank Of Baku

Azərbaycan Banqkoqda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Banqkoqda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
# 17 sentyabr 2013 14:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan «ITU Telecom World 2013» konfransında geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə 25 İKT şirkətinin nümayəndələri daxil olacaq. Artıq Nazirlik tərəfindən Azərbaycan nümayəndə heyətinin son nailiyyətləri və perspektiv layihələri nümayiş ediləcək 150 kv. metr ölçüdə stend icarəyə götürülüb. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, konfrans Banqkoq şəhərində noyabrın 19-22-də keçiriləcək.

 

Tədbir çərçivəsində nazir Ə.Abbasovun müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi və konfransda çıxışı gözlənilir. Konfransın tərkib hissəsi olan müxtəlif sessiya və forumlarda yerli şirkətlərin nümayəndələrinin çıxışları planlaşdırılır.

 

Tədbir çərçivəsində «Azərbaycan gecəsi»nin keçirilməsi və müxtəlif ölkələrin müvafiq nazirləri və prezidentləri üçün Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin təqdimatlarının təşkil edilməsi gözlənilir.

 

Konfransın ilk günündə nazirlər səviyyəsində dəyirmi masa, sonra isə «Məlumatlar dalğasında», «Tənzimləmənin konvergensiyası», «Şəbəkənin virtuallaşdırılması» və s. mövzular ətrafında sessiyalarda müzakirələr keçiriləcək.

 

Həmçinin, «Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliyi», «Rəqəmli dünyada dünya vətəndaşlarının şəxsi həyatının təhlükəsizliyinin təmin edilməsi», «XXI əsrdə İKT-nin təhsil sahəsində əhəmiyyəti», «Bütövlükdə IPv6 əsasında qurulmuş internet», «Buludda mobil şəbəkələr», «Birgə qlobal standartların hazırlanması» və digər mövzular ətrafında müzakirələr aparılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR