Bank Of Baku

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edəcək

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edəcək
# 11 iyun 2013 07:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı (IMO) Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyasında iştirak edəcək. Bu barədə APA-ya ARDDA-nın mətbuat xidmətindən məlumat verilib.

 

İyunun 12-dən 21-dək London şəhərində keçiriləcək sessiyada «Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya»nın, «Konteynerlərin təhlükəsizliyi haqqında Beynəlxalq Konvensiya»nın, «Yük nişanı haqqında Beynəlxalq Konvensiya»ya və həmin Konvensiyanın B əlavəsinə, «Gəmilərin əmniyyətli idarə edilməsi və çirklənmənin qarşısının alınması haqqında Beynəlxalq Məcəllə»nin tələblərindən irəli gələn vəzifələrə dair müzakirələr aparılacaq.

 

Eyni zamanda, Komitənin iclasında dənizdə təhlükəsizliyin təmin olunmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, dövlət bayraq nəzarəti, radio əlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, naviqasiya təhlükəsizliyi, yanğından mühafizə, təhlükəli maddələrin, bərk yüklərin və konteynerlərin daşınması,  «Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya»nın tətbiqi və s. kimi məsələlərlə əlaqədar ümumi müzakirələr aparılacaq, qərarlar qəbul ediləcək.

 

Səfər zamanı Q.Qurbanovun IMO baş katibi Koji Sekimuzi və bir sıra ölkələrin dəniz administrasiyalarının rəhbərləri ilə görüşləri də nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR