Bank Of Baku

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “Eurogeographics” assosiasiyasına üzv seçilib - FOTO

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “Eurogeographics” assosiasiyasına üzv seçilib - <span style="color: red;">FOTO
# 29 iyun 2013 13:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) “Eurogeographics” milli xəritəçəkmə və kadastr təşkilatlarının assosiasiyasına üzv seçilib. Bu barədə “APA-Economics”ə DTXK-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bununla bağlı qərar “Eurogeographics”in iyunun 11-12-də Belçikada keçirilən Növbədənkənar Baş Assambleyasında qəbul edilib.

 

Tədbirdə Azərbaycandan DTXK sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İkitərəfli görüşlər zamanı nümayəndə heyəti Azərbaycanda həyata keçirilmiş torpaq islahatı, xarici və daxili sahibkarlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə Baş Assambleya iştirakçılarını məlumatlandırılıb.

 

“EuroGeographics” təşkilatına üzvlük DTXK-yə məlumat və təcrübə mübadiləsi, üzvlərin ümumi maraqlarının Avropa səviyyəsində təmsil edilməsi, müştərək layihələrdə iştirak və milli məlumat standartlarının təkmilləşdirilməsi, ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq proqramlarında iştirak və texniki dəstəyin əldə edilməsi imkanları verəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR