Bank Of Baku

Azərbaycan ərazisində nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti işləri zamanı dövlət ehtiyacları üçün torpaqları Nəqliyyat Nazirliyi alacaq

Azərbaycan ərazisində nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti işləri zamanı dövlət ehtiyacları üçün torpaqları Nəqliyyat Nazirliyi alacaq
# 27 may 2013 08:16 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA-Economics. Nəqliyyat Nazirliyi Azərbaycan ərazisində nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün alan orqan müəyyən edilib.

 

APA-Economics”in Nazirlər Kabinetinin (NK) rəsmi saytına istinadən xəbərinə görə, bu, “Torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə” qərarda öz əksini tapıb. Qərar "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə ölkə prezidentinin fərmanına əsasən verilib.

 

Nəqliyyat Nazirliyinə tapşırılıb ki, qərarda nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə NK-ya təkliflər təqdim etsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR