Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyasının internet televiziyası yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının internet televiziyası yaradılacaq
# 14 sentyabr 2013 15:25 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi veb-saytının (www.science.gov.az) yeni versiyası hazırlanır. APA-nın məlumatına görə, portal Azərbaycanda 1995-ci ildə www.ab.az adı altında istifadəyə verilib, 3 dildə fəaliyyət göstərən ilk veb-saytdır.

AMEA-dan bildiriblər ki, qloballaşma dövründə elm sahəsində uğur və nailiyyətlərin əldə edilməsi, Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının qəbulu, AMEA-da aparılan struktur dəyişiklikləri portalın yenidən işlənməsini zəruri edir.

Bu məqsədlə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda portalın yeni versiyasının hazırlanması istiqamətində tədbirlər görülür. Portalın yeni versiyasında ən yeni texnologiyaların tətbiqi, ayrı-ayrı elmi qurumlara dair informasiyaların daha geniş və ətraflı şəkildə təqdim edilməsi nəzərdə tutulur. Artıq yeni versiyanın hazırlanması üzrə işlərin yerinə yetirilməsinə başlanılıb, portalın dizayn tələbləri müəyyənləşdirilib.

Bununla əlaqədar Rəyasət Heyətində işçi qrupunun iclası keçirilib. AMEA-nın akademik katibi Rasim Əliquliyev bildirib ki, portalın internet televiziyasının da yaradılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR