Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi (BTRİB) paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanlarının artırılması məqsədilə yeni tədbirlər həyata keçirir.
«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində təkcə BTRİB-in ADSL abunəçilərinin sayı 300 minə çatıb: «Bununla yanaşı, ayrı-ayrı biznes mərkəzləri, təhsil sektoru, nazirliklər, komitələr, səhiyyə sektoru hər biri ayrılmış birbaşa optik kabellə yüz minlərlə abunəçilər internetə qoşulub. Tariflərin endirilməsi və NGN texnologiyasının genişləndirilməsi bu sahədə abunəçilərin sayının durmadan artacağını deməyə əsas verir».
Qeyd edək ki, ADSL xidmətinə qoşulması abunəçilərə sürətli internet xidməti ilə yanaşı, IPTV, videotelefoniya, IAD-sıxlaşdırılmış abunə xidmətləri kimi əlavə rabitə xidmətlərindən istifadəsinə şərait yaradıb.