Bank Of Baku

Azərbaycan prezidenti dövlət büdcəsindən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinə 2 mln. manat ayırıb

Azərbaycan prezidenti dövlət büdcəsindən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinə 2 mln. manat ayırıb
# 14 sentyabr 2013 16:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycanın 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Lerik rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 mln. manat ayrılacaq.

 

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR