Bakı. Aynur Əliyeva - APA-Economics. “Rusiya poçtu” “Forsaj” təcili pul köçürmələri sisteminin coğrafiyasını genişləndirir.
“APA-Economics”in məlumatına görə, indi pul köçürmələrini təkcə Rusiya deyil, habelə MDB ölkələri - Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, eləcə də Gürcüstana reallaşdırmaq mümkündür.
Pul köçürmələrini “Rusiya poçtu”nun bütün şəhər və iri yaşayış məntəqələrində 25 mindən artıq şöbələrindən göndərmək mümkündür. Pulu alan şəxs MDB ölkələri və Gürcüstanda 6 min məntəqədə bir neçə dəqiqədən sonra ala biləcək. İlin sonuna qədər bu cür məntəqələrin sayının iki dəfə - 14 minə qədər artırılması planlaşdırılır.