Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş marka çap edilib

Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş marka çap edilib
# 25 iyun 2013 11:18 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti iyunun 26-dan etibarən Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» suvenir poçt blokunu dövriyyəyə buraxacaq.

 

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, blok üzərində Azərbaycan Ordusunun sərəncamında olan müxtəlif silah növləri əks olunub. Blokun tirajı 20 min, nominal dəyəri isə 1 manat təşkil edir.

 

Qeyd edək ki, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günüdür. 1918-ci ilin bu tarixində Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR