Bank Of Baku

Azərbaycan və Avstriya birgə fiberoptik xətlər istehsal edəcək

Azərbaycan və Avstriya birgə fiberoptik xətlər istehsal edəcək
# 03 iyul 2013 09:03 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan və Avstriya birgə fiberoptik xətlərin istehsalına başlaya bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan bir çox ölkələrlə, o cümlədən Avstriya ilə əməkdaşlığa böyük önəm verir: «Hazırda Azərbaycan və Avstriya arasında fiberoptik xətlərin birgə istehsalına dair danışıqlar aparılır. Ümumiyyətlə, hazırda Azərbaycanın bütün regionlarında genişzolaqlı internetin inkişafı çərçivəsində fiberoptik xətlər çəkilir və artıq ölkə ərazisinin təxminən 40%-i fiberoptik xətlə təmin olunub. Bu baxımdan, fiberoptik xətlərin istehsalının aktuallığı artır».

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR