Bank Of Baku

Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin 20 illiyi münasibətilə marka buraxılıb - FOTO

Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin 20 illiyi münasibətilə marka buraxılıb  - <span style="color: red;">FOTO
# 07 iyun 2013 11:59 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti «Azərbaycan və Belarus birgə buraxılışı» seriyasından Azərbaycan və Belarus respublikaları arasında diplomatik əlaqələrin 20 illiyi münasibətilə poçt blokunu dövriyyəyə buraxıb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ölkələr arasında diplomatik əlaqələrin qurulmasına dair protokol 1993-cü ilin iyunun 11-də imzalanıb.

 

20 illik tərəfdaşlıq ərzində iki ölkənin elmi dairələri arasında uzunmüddətli münasibətlər yaradılıb, tibb, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq genişləndirilib, ticari-iqtisadi əlaqələr fəal inkişaf etdirilib.

 

Blokun tirajı 15 min, nominal dəyəri isə 1 manat təşkil edir.

 

Blok üzərində iki ölkənin dövlət simvolları, Bakı və Minskdəki hökumət evləri əks olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR