Bank Of Baku

Azərbaycan və Dağıstan gömrükçüləri arasında görüş keçirilib

Azərbaycan və Dağıstan gömrükçüləri arasında görüş keçirilib
# 27 iyun 2013 08:44 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA-Economics. Dağıstanın Məhərrəmkənd gömrük postunda Azərbaycan DÖvlət Gömrük Komitəsinin və Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları və Dağıstan gömrükçüləri arasında görüş keçirilib.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Federal Gömrük Xidməti açıqlama yayıb.

 

Beynəlxalq gömrük əməkdaşlığı çərçivəsində keçirilən görüşdə Azərbaycan-Rusiya sərhədinə vətəndaşların, nəqliyyat vasitələrinin, mal və yüklərin buraxılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər bu cür görüşləri mütəmadi keçirmək barədə də razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR