Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 15-dən etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti «Azərbaycan-Macarıstan birgə buraxılışı» seriyasından olan poçt blokunu dövriyyəyə buraxacaq.
«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, Macarıstan tərəfinin təşəbbüsü ilə hazırlanan marka iki ölkənin əməkdaşlıq və dostluğunun bariz nümunəsidir.
Markalar üzərində iki xalqın milli əl işləri incəsənətinin elementləri təsvir olunub.
Markaların nominal dəyəri 60 qəpik, tirajı 10 min poçt bloku təşkil edir.