Bank Of Baku

Azərbaycan Yüksək Texnologiyaları Parkı müsabiqə elan edir

Azərbaycan Yüksək Texnologiyaları Parkı müsabiqə elan edir
# 09 iyul 2013 07:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC müsabiqə elan edir.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə ölkə başçısının ötən ilin noyabrın 5-də olan fərmanı ilə Yüksək Texnologiyalar Parkı yaradılıb.

 

Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili və idarə olunması üçün RİTN-inin tabeliyində "Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC yaradılıb və bu ilin aprelin 24-də dövlət qeydiyyatına alınıb. Hazırda Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili üçün ayrılmış ərazidə zəruri infrastrukturun yaradılması, xidmətlər göstərilməsinin və parkın fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün "YT Park" MMC tərəfindən müvafiq tədbirlər görülür.

 

Bununla əlaqədar olaraq Yüksək Texnologiyalar Parkı üçün ayrılmış torpaq sahəsinin konsepsiya və dizayn işlərinin hazırlanması ilə bağlı "YT Park" MMC müsabiqə elan edir. Əlavə məlumatların əldə edilməsi üçün müsabiqədə iştirak etmək istəyən şirkətlərin "YT Park" MMC-nin rəhbərliyinə müraciət etməsi xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR