Bank Of Baku

Azərbaycanda 260-a yaxın qanunsuz istifadə olunan radioelektron vasitələri aşkarlanıb

Azərbaycanda 260-a yaxın qanunsuz istifadə olunan radioelektron vasitələri aşkarlanıb
# 02 iyul 2013 13:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi tərəfindən iş planına, DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən 382 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

 

«APA-Economics»in DRİ-yə istinadən verdiyi məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 259 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 165 ədədi möhürlənib, 7 ədədi silinib, 12 ədədi qeydiyyata salınıb və 75 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

 

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 34 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR