Bank Of Baku

Azərbaycanda elektron imza alanların sayı 26 mini ötüb

Azərbaycanda elektron imza alanların sayı 26 mini ötüb
# 12 noyabr 2014 14:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə oktyabrın 30-u tarixinə olan statistik məlumatı açıqlayıb.

 

RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, ölkə üzrə  əldə olunan elektron imza sertifikatları 26 027 ədəd təşkil edib.

 

“Artıq dövlət qurumlarına 15 966  elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 4207-yə çatıb. Vətəndaşlar isə 5854 sertifikat əldə ediblər”-deyə, məlumatda bildirilir.

 

Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR