Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələrin statistikasını açıqlayıb.
«APA-Economics»in DRİ-yə istinadən verdiyi məlumata görə, cari ilin iyunun 1-nə DRİ-də 361 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatda olub. Onlardan 67 istifadəçi dövlət, 243 istifadəçi kommersiya, 23 istifadəçi xarici təşkilat və 28 istifadəçi isə fiziki şəxslərdir. İlin müvafiq dövrü ərzində 2 245 ədəd radioelektron vasitəsi (REV) DRİ-də qeydiyyata alınıb.
Hazırda idarədə qeydiyyatda olan REV-in ümumi sayı 40 794 ədəd təşkil edir.