Bank Of Baku

Azərbaycanda avtomobil alanların sayı azalsa da, qiymətlər ucuzlaşmayıb

Azərbaycanda avtomobil alanların sayı azalsa da, qiymətlər ucuzlaşmayıb
# 30 avqust 2013 12:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi monitorinq qrupunun bu ilin iyul ayı ərzində avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda dinamikanın azalması müşahidə olunub.

 

Birlikdən «APA-Economics»ə verilən məlumata görə, təxminən bir ilə yaxındır ki, təklifin ili köhnə avtomobillər hesabına artım tendensiyası iyul ayında bir qədər də azalıb. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında azalma qeydə alınıb. Təklifin azalmasına baxmayaraq, təklifin tələbi üstələmə tendensiyası hələ də davam edir. Ay ərzində tələbin azalması və dinamikanın mənfiyə doğru dəyişməsi orta qiymətə təsir göstərməyib. İyul ayı üçün bazarda orta qiymət əvvəlki ayda olduğu kimi 16 460 manat olub.

 

Dinamikanın azalması avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olub. Ay ərzində avtomobil bazarında avtomobillərin ekspozisiya müddəti 1,7% artaraq 41,3 günə çatıb.

 

Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 15 000-ə yaxın avtomobilin cəmi 21,0%-i bazara məhz iyulda təklif olunub. Digər 79,0%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki aylardan fərqli olaraq, köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası son aylar xeyli zəifləyib.

 

Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payında əvvəlki ayla müqayisədə 1,9 faiz bəndi azalma müşahidə edilsə də, bu markanın ümumi portfeldə payı 35,0% təşkil edib. Ümumilikdə, ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin azalması baş verib. Təklif üzrə ən çox azalma (3,7%) «VAZ» markalı avtomobillərdə qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.

 

Əsas 9 markanın təklif üzrə payı 86,7% təşkil edib, qalan 13,3% isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür. Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişikliklər baş verməyib.

 

Ekspertlər hesab edirlər ki, ili köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1992-2013-cü illərə aid avtomobilləri əhatə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR