Bank Of Baku

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın həcmi azalıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın həcmi azalıb
# 26 iyun 2013 08:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% azalaraq 9,2 mln. ton təşkil edib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk beş ayı ərzində orta hesabla sutkada 674 vaqon yüklənib, 548 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 25,8 min ton, Qərb istiqaməti üzrə 6,3 min ton və Cənub istiqaməti üzrə 5,7 min ton yüklənmə işi yerinə yetirilib.

 

Bundan başqa, yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə 989,7 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,4% azdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR