Bank Of Baku

Azərbaycanda domen adlarının qeydiyyatı və istifadəsi üçün yeni qaydaların qəbulu gözlənilir

Azərbaycanda domen adlarının qeydiyyatı və istifadəsi üçün yeni qaydaların qəbulu gözlənilir
# 11 iyun 2013 16:34 (UTC +04:00)

Bakı – APA. “Bu il Azərbaycanda milli domen sisteminin tətbiqinin 20 ili tamam olur. Milli domen adlarının qeydiyyatı və onlara texniki xidmətlər beynəlxalq təcrübəyə əsaslanır və milli inzibatçı tərəfindən akkreditasiya olunmuş 4 yerli və 7 xarici qeydiyyatçı tərəfindən aparılır”.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin “facebook” sosial şəbəkəsindəki səhifəsində vətəndaşın az. domeninin dünya domenlərindən (ən azından Azərbaycan vətəndaşı üçün) nə vaxt ucuz olacağı, keyfiyyətinin artırılacağı və monopoliyaya son qoyulacağı barədə sual cavablandırılarkən bildirilib.

 

Məlumatda qeyd olunub ki, milli domen adları dünya bazarında müxtəlif qiymətədir: “Azərbaycanda milli domenin birdəfəlik qeydiyyatı 20 manat, ikinci səviyyəli üçün 20 manat, üçüncü səviyyəli domenlər üçün isə 10 manatdır. Təhsil müəssisələri üçün isə milli domen pulsuzdur.

 

Xidmətlərdən vətəndaş məmnunluğunun artırılması üçün domenlərin elektron qeydiyyatı üzrə işlər görülür və tezliklə tətbiq ediləcək. Həmçinin domen adlarının qeydiyyatı və istifadəsi üçün yeni qaydaların qəbulu da planlaşdırılır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR