Bank Of Baku

Azərbaycanda elektron xidmətlərin genişləndirilməsi ilə bağlı dövlət proqramı təsdiqlənəcək

Azərbaycanda elektron xidmətlərin genişləndirilməsi ilə bağlı dövlət proqramı təsdiqlənəcək
# 27 iyun 2013 09:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın vaxtlarda Azərbaycanda elektron xidmətlərin genişləndirilməsi üzrə dövlət proqramının təsdiqlənməsi gözlənilir.

 

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, bundan sonra əsas 3 subyekt – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, həmçinin xidmət göstərən orqanlar 2020-ci ilə qədər bütün xidmətlərin tamamilə elektronlaşdırılması, əhaliyə göstərilməsi məsələlərinin həlli ilə məşğul olacaq. Burada əsas məsələlərdən biri də xidmətlərin təkcə elektronlaşdırılması deyil, eyni zamanda onların əhaliyə çatdırılmasıdır. Ona görə də bu xidmətlərin internet üzərindən təşkili genişləndiriləcək.

 

Qeyd edək ki, hazırda ölkədə təsdiq olunmuş 417 dövlət xidmətindən təxminən yarısı əhaliyə elektron şəkildə təqdim olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR