Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə xaricə sərnişindaşıma bahalaşıb

Azərbaycanda hava nəqliyyatı ilə xaricə sərnişindaşıma bahalaşıb
# 03 sentyabr 2013 14:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda nəqliyyat və poçt tarifləri indeksi iyun ayına nisbətən 2,6% ucuzlaşıb, keçən ilin müvafiq dövrünə nisbətən isə 0,9% artıb. Rabitə tarifləri indeksi əvvəlki ayla müqayisədə dəyişməyib, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,8% artıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Eyni zamanda, analoji dövrdə dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,5%, tranzit üzrə isə 1% ucuzlaşıb, idxal üzrə 3,1%, yerli əlaqə üzrə 3% bahalaşıb. Beynəlxalq əlaqə üzrə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 1,2% bahalaşıb.

 

Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 3,3% ucuzlaşıb, sərnişindaşıma tariflərində isə dəyişiklik müşahidə olunmayıb. Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 11%, digər xarici ölkələrə isə 5,4% bahalaşıb. Hava nəqliyyatında yükdaşıma tarifləri əvvəlki ayın səviyyəsində qalıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,3% ucuzlaşıb.

 

Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 0,4% ucuzlaşıb, yerli əlaqə üzrə 8,4% bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

 

Ay ərzində poçt və kuryer tariflərində dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR