Bank Of Baku

Azərbaycanda istifadəyə verilən elektron imza sertifikatlarının sayı açıqlanıb

Azərbaycanda istifadəyə verilən elektron imza sertifikatlarının sayı açıqlanıb
# 02 oktyabr 2014 08:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ölkəmizdə indiyədək istifadəyə verilən elektron imza sertifikatlarının sayı 24 mini ötüb.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) “APA-Economics”ə verilən məlumata görə, bu ilin sentyabr ayına olan statistikaya əsasən, bu günə qədər dövlət qurumlarına 15 310 e-imza sertifikatı, fiziki şəxslərə 5 493 e-imza sertifikatı, hüquqi şəxslərə isə 3 583 e-imza sertifikatı hazırlanaraq təhvil verilib.

 

Ümumilikdə 24 386 e-imza sertifikatı təhvil verilib və sentyabr ayı ərzində verilən sertifikatların sayı avqust ayı ilə müqayisədə təxminən 1 600 ədəd çoxdur.

 

Qeyd edək ki, paytaxtdan kənar regionlarda da e-imza kartından istifadə xeyli artıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR