Bakı. Ramil Məmmədli – APA. Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Fondu yaxın vaxtlarda layihələrin qəbuluna başlayacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Nazir müavini qeyd edib ki, Fond yaxın vaxtlarda fəaliyyətə başlayacaq: «Artıq Fondun strukturu formalaşır. Yaxın zamanlarda tam olaraq fəaliyyətə başlayacaq və layihələrin qəbuluna start veriləcək».
E.Vəlizadə bildirib ki, layihələr üçün ayrılan vəsaitin həcmi də yaxın vaxtlarda bəlli olacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək.