Bank Of Baku

Azərbaycanda mobil rabitə sektoru üzrə gəlirlər son 5 ildə 30% artıb

Azərbaycanda mobil rabitə sektoru üzrə gəlirlər son 5 ildə 30% artıb
# 01 iyul 2013 15:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycanda mobil rabitə sektoru üzrə gəlirlər 1,3 dəfə, abunəçi bazası isə 1,5 dəfə artıb.

 

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dərc etdiyi illik hesabatda bildirilir.

 

Hesabatda qeyd olunub ki, 2012-ci ildə mobil sektor üzrə gəlirlər əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 14,1% artaraq 1 095,7 mln. ABŞ dolları təşkil edib.

 

«Mobil sektorda sağlam rəqabət mühitində aparılan tarif siyasəti və müştəri məmnunluğu üzrə fəaliyyət mobil qiymətlərin ilbəil aşağı düşməsinə səbəb olur. Əgər 2004-cü ildə bir mobil abunəçiyə düşən orta illik gəlir 145,8 dollar təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 108 dollar təşkil edib. Eyni zamanda təhlillər göstərir ki, 2011-ci illə müqayisədə hər bir abunəçiyə düşən orta aylıq gəlir 12,8% artıb, bir dəqiqə mobil danışığın qiyməti isə 22,2% azalıb», - deyə hesabatda qeyd olunub.

 

Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən mobil rabitə operatorların hamısı 3G xidməti gstərir və 3G abunəçilərinin ümumi sayı 3,1 mln. təşkil edir. Hazırda ölkədə hər 100 nəfər mobil telefon abunəçisinin 110-u 3G istifadəçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR