Bank Of Baku

Azərbaycanda qeydiyyata alınmış radioelektron vasitələrinin sayı 42 mini ötüb

Azərbaycanda qeydiyyata alınmış radioelektron vasitələrinin sayı 42 mini ötüb
# 12 sentyabr 2013 14:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) sentyabrın 1-i vəziyyətinə 380 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.

 

«APA-Economics»in İdarəyə istinadən verdiyi məlumata görə, onlardan 73 istifadəçi dövlət, 254 istifadəçi kommersiya, 25 istifadəçi xarici təşkilat, 28 istifadəçi isə fiziki şəxsdir.

 

Bu ilin əvvəlindən 4 136 ədəd radioelektron vasitəsi (REV) DRİ-də qeydiyyata alınıb. DRİ-də qeydiyyatda olan REV-in ümumi sayı 42 087-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR