Bank Of Baku

Azərbaycanda tullantıların idarə olunması sahəsində gənclər üçün Ekoloji Düşərgə təşkil edilib

Azərbaycanda tullantıların idarə olunması sahəsində gənclər üçün Ekoloji Düşərgə təşkil edilib
# 10 iyul 2013 14:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. “Təmiz Şəhər” ASC yay mövsümündə bir sıra beynəlxalq və yerli maarifləndirmə tədbirlərinin birbaşa təşkilatçısı olmaqla yanaşı, digər qurumlar tərəfindən keçirilən tədbirlərdə də fəal iştirak edir.

 

ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, belə tədbirlərdən biri gənclər arasında  şüur və təfəkkürünü inkişaf etdirmək və ətraf mühitin mühafizəsi sahəsində innovativ yanaşmalar üzrə biliklərin artırılması məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Ekoloji Düşərgə olub.

 

Düşərgədə Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Azərbaycandan olan gənclər iştirak edib. Tədbirdə təlimçi kimi iştirak edən “Təmiz Şəhər” ASC-nin Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov iştirakçılara “yaşıl düşüncə” və  tullantıların azaldılması, təkrar istifadə, çeşidləməni nəzərdə tutan “3R” konsepsiyaları, bərk məişət tullantıları anlayışı, tullantıların idarə olunmasının ekoloji əsasları haqqında geniş məlumat verib, ölkənin bu sahədəki təcrübəsi, tullantıların idarə olunması istiqamətində görülmüş işlər, irimiqyaslı  layihələr və “Təmiz Şəhər” ASC-nin fəaliyyəti barədə danışıb.

 

Qeyd olunub ki,  tullantıların idarə olunması sahəsində son illər ölkədə mühüm addımlar atılmış və 2 böyük layihə - Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodları keçən ilin sonlarında tam istifadəyə verilib. Dördüncü nəsil texnologiyaların tətbiqi ilə qurulmuş və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verən Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri bu tipli müəssisə olduğu vurğulanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR