Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda yeni «Renault Fluence» avtomobil modelinin kütləvi satışına start verilib.
«Renault»un Azərbaycandakı mətbuat nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, yeni model müasir təchizat və eksteryerin yeni dizaynına malikdir. Avtomobil Lourens Van den Akerin yeni dizayn üslubu əsasında ərsəyə gətirilib.
«Benzin mühərrik, CVT transmissiya ilə təchiz edilmiş «Fluence»in qiyməti 19 900 manatdır. Mühərrikin həcmi 1,6 litr (114 at gücü) təşkil edir. Model iki komplektasiya variantında təklif edilir – «Expression» və «Dynamique». Qiymət/keyfiyyət mütənasibliyi 3 il zəmanət və yaxud 100 min km yol qətinə əsaslanır. Avtomobil «Renault» şirkətinin Türkiyənin Bursa şəhərində yerləşən müəssisəsində istehsal edilir».