Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,1% bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2% ucuzlaşıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yy ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 5,1% ucuzlaşma, digər xarici ölkələr üzrə 2,0% bahalaşma müşahidə olunub.
“İyun ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,7% bahalaşıb. MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 12,9% bahalaşıb, dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 1,0% ucuzlaşıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 2,9% bahalaşma müşahidə olunub”, - deyə komitənin məlumatında qeyd edilib.