Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Hava limanından verilən məlumata əsasən, Odessadan Bakıya uçuşlara iyunun 7-də yerli vaxtla saat 21:30-da start verilib və təyyarə Bakıya saat iyunun 8-i 02:15-də çatıb.
Əks istiqamətdə uçuş isə iyunun 8-i saat 03:15-də həyata keçirilib və təyyarə Odessa aeroportuna saat 04:15-də enib. Bakıdan Odessaya uçuşlar iyunun 23-dək hər həftənin şənbə, iyunun 23-dən etibarən isə bazar günü eyni vaxtda yerinə yetiriləcək.
Qeyd edək ki, hazırda «Ukraine International Airlines» aviaşirkəti Kiyev-Bakı və Donetsk-Bakı aviareysləri üzrə də uçuşlar yerinə yetirir.