Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanın yer səthinin təqibini həyata keçirəcək ikinci peyki ilə bağlı tender keçirilib. Yaxın zamanlarda tenderin nəticələri açıqlanacaq”.
"APA-Economics" xəbər verir ki, peyklə bağlı yeniliklər haqda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə danışıb.
Peykin hansı orbital mövqedə olacağı haqda məlumat verən nazir müavini bildirib ki, Azərbaycanın ikiplanlı və plandan kənar mövqeləri var: “Bilirsiniz ki, Azərbaycan digər ölkələrin də orbital mövqelərindən istifadə edə bilər. Məsələn, “Azerspace-1” peyki Malayziyanın orbital mövqeyində yerləşir”.