Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın İKT sektoru hər 3 ildə 2 dəfə genişlənir. Son 10 il ərzində sektor üzrə orta illik artım tempi 20-25% təşkil edib.
«APA-Economics»in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dərc etdiyi illik hesabatda bildirilir.
Hesabatda qeyd olunub ki, 2012-ci ildə İKT sektorunda əldə olunan gəlirlərin həcmi 17,3% artaraq 1,9 mlrd. ABŞ dollarından çox olub. Ümumiyyətlə, son 5 il ərzində Azərbaycanın İKT sektorunda 7,7 mlrd. dollardan artıq gəlir əldə olunub. Ötən il ölkənin İKT sektoruna yerli və xarici investorlar tərəfindən 410 mln. dollardan artıq investisiya yatırılıb.
Bununla yanaşı, 2012-ci ildə ölkə əhalisinin 70%-i internet, 50%-i isə genişzolaqlı internet istifadəçisidir. Əhalinin hər 100 nəfərinə 110 mobil abunəçisi düşüb. Ölkə ərazisinin əhali yaşayan 93% ərazisi rəqəmli TV yayımı ilə əhatə olunub.