Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda bu il yük daşınması 2% artıb

Azərbaycanın nəqliyyat sektorunda bu il yük daşınması 2% artıb
# 21 iyun 2013 10:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 85,5 mln. ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,2% çox yük daşınıb, qeyri-neft yüklərinin həcmi 5,8% artaraq 58,3 mln. tona çatıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə nəqliyyat vasitələri ilə daşınmış yüklərin 55%-i avtonəqliyyat, 28,3%-i boru kəməri, 10,7%-i dəmir yolu, 6%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

 

«Qeyri-dövlət bölməsində yük daşınması 3,7% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 73,6% təşkil edib», - deyə Komitədən bildirilib.

 

Yanvar-may aylarında nəqliyyatçılar 670,8 mln. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,7% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,7%-i avtomobil, 13,1%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR