Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri mayda 0,1% bahalaşıb

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri mayda 0,1% bahalaşıb
# 07 iyun 2013 08:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında əvvəlki ayla müqayisədə Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1% bahalaşıb, sərnişindaşıma tarifləri isə eyni səviyyədə qalıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 6,7%, yerli əlaqə üzrə 3,5%, idxal üzrə 1,3%, tranzit üzrə 1,1%, sərnişindaşıma tarifləri isə beynəlxalq əlaqə üzrə 6% ucuzlaşıb.

 

Hava nəqliyyatında digər xarici ölkələrə sərnişindaşıma tarifləri 0,4% ucuzlaşıb, MDB ölkələrinə isə 1,3% bahalaşıb.

 

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,4% ucuzlaşıb.

 

Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 8,4% bahalaşıb.

 
Rabitə sahəsində internet xidmətlərinin tarif indeksi 0,2% bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR