Bank Of Baku

Azərbaycanın rabitə sektorunda göstərilən xidmətlərin həcmi son bir ildə 8% artıb

Azərbaycanın rabitə sektorunda göstərilən xidmətlərin həcmi son bir ildə 8% artıb
# 20 iyun 2013 07:29 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 587 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,9% çox xidmət göstərilib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,1% təşkil edib.

 

Xidmətlərdən əldə olunmuş gəlirlərin 59,7%-i mobil telefon rabitəsindən yaranıb və 2012-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 10% artaraq 350,4 mln. manat təşkil edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR