Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Dünya İqtisadi Forumunun Dalian şəhərində (Çin) işə başlayan illik «Yay Davosu» forumunda iştirak etmək məqsədilə bu ölkəyə yola düşüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, səfər sentyabrın 13-dək davam edəcək.
Məlumata görə, Ə.Abbasov forum çərçivəsində keçiriləcək «Rəqəmli iqtisadiyyatı qorumalı», «XXII əsrin İpək Yolunu yenidən kəşf edərkən» mövzularında keçiriləcək sessiyalarda məruzəçi qismində, həmçinin «İqtisadi artım üçün yeni sərhədlərin yaradılması» mövzusunda keçiriləcək xüsusi iclasda və digər sessiyalarda iştirak edəcək.
Bundan başqa, azərbaycanlı nazir bir sıra ölkələrin sahə nazirləri, rabitə və informasiya texnologiyaları şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.