Bank Of Baku

Bakı-Dalaman aviareysi açılıb

Bakı-Dalaman aviareysi açılıb
# 06 iyul 2013 08:04 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Türkiyənin daha bir kurort şəhərinə aviareyslərə başlayıb.


Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə verilən məlumata görə, bu gündən etibarən Bakı-Dalaman marşrutu üzrə birbaşa uçuşlara start verilib: «Mövsümi xarakter daşıyan bu aviareys avqustun 31-dək davam edəcək. Bakıdan Dalamana uçuşlar hər həftənin VI günləri saat 11:00-da «Airbus» tipli təyyarə ilə yerinə yetiriləcək».

Qeyd edək ki, hazırda AZAL Türkiyənin Antalya və Bodrum kimi kurort şəhərlərinə də birbaşa aviareyslər yerinə yetirir.


Xatırladaq ki, Dalaman şəhəri Egey dənizi sahilində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR