Bank Of Baku

Bakı-Dalaman aviareysi açılır

Bakı-Dalaman aviareysi açılır
# 05 iyul 2013 10:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Türkiyənin daha bir kurort şəhərinə aviareys açır.

 

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, iyulun 6-dan etibarən Bakı-Dalaman marşrutu üzrə birbaşa aviareyslərə start veriləcək: «Mövsümi xarakter daşıyan bu reyslər avqustun 31-dək davam edəcək. Bakıdan Dalamana uçuşlar hər həftənin VI günləri saat 11:00-da «Airbus-319» təyyarəsi ilə yerinə yetiriləcək».

 

Qeyd edək ki, hazırda AZAL Türkiyənin Antalya və Bodrum kimi kurort şəhərlərinə də birbaşa aviareyslər yerinə yetirir.

 

Xatırladaq ki, Dalaman şəhəri Türkiyənin cənubunda, Egey dənizi sahilində yerləşir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR