Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Gəncə-Bakı marşrutu üzrə gündəlik uçuşlara başlayıb.
«APA-Economics»in məlumatına görə, Bakı-Gəncə-Bakı reysləri həftənin bütün günləri «Embraer-170» tipli təyyarələrlə həyata keçirilir: «Eyni zamanda, region sərnişinlərinə daha komfortlu şərait yaratmaq məqsədi ilə AZAL həftədə 3 dəfə Gəncə-Naxçıvan-Gəncə reyslərini də həyata keçirir».
Qeyd edək ki, Bakı-Gəncə aviareysi üzrə bir istiqamətdə aviabiletin qiyməti 30 manat, Gəncə-Naxçıvan üzrə isə 39 manat təşkil edir.