Bank Of Baku

Bakı-Qazax magistralı üzərindəki körpüdə qəzalı vəziyyət yaranıb - FOTO

Bakı-Qazax magistralı üzərindəki körpüdə qəzalı vəziyyət yaranıb  - <span style="color: red;">FOTO
# 11 iyul 2013 13:08 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, körpünün Bakı-Qazax istiqamətində hərəkət hissəsi təmir üçün yol nişanları ilə bağlanıb. Əraziyə beton konstruksiyalar gətirilib. Yaxın günlərdə konstruksiyaların dəyişdirilməsinə start veriləcək.

 

Qeyd edək ki, bu yol avtomobillərin, o cümlədən ağır tonnajlı yük avtomobillərinin Bakı, Gəncə, Qazax, Gürcüstan Respublikası istiqamətində və əks istiqamətdə intensiv hərəkət etdiyi yoldur. Son 10 il ərzində üçüncü dəfədir ki, Bakı-Qazax yolunun 116-cı kilometrliyində adı çəkilən körpü-yol ötürücüsünün bir hissəsində beton konstruksiyaların yenilənməsinə qərar verilib.

 

APA-nın sualını cavablandıran “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məsələ ilə bağlı daha sonra geniş açıqlama veriləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR