Bank Of Baku

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunu Dairəvi yola birləşdirmək üçün yeni yol salınır - FOTO

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunu Dairəvi yola birləşdirmək üçün yeni yol salınır - <span style="color: red;">FOTO
# 26 noyabr 2014 14:02 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qeyd edilən yolun ümumi uzunluğu 1 km-dən artıq, eni isə 13 m təşkil edəcək.

 

Üçzolaqlı yol üzərində uzunluğu 445 m uzunluğunda 15 aşırımdan ibarət estakada inşa olacaq. Hazırda estakadanın başlanğıc  və Dairəvi yola birləşən hissəsində, yəni kənar dayaqların özülündə svayların (qazma-doldurma metodu ilə) quraşdırılması, orta dayaqlarda isə armaturlanma və betonlanma işləri gedir.

 

Sözügedən layihə istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Şamaxinka adlanan əraziyə daxil olmadan Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi avtomobil yoluna maneəsiz çıxa biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR